İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfər edib.
Yenicag.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi bildirib.
Onun sözlərinə görə, Məhəmməd Cavad Zərif BMT-nin İqtisadi və Sosial Şurasının Nyu-Yorkda keçiriləcək illik iclasında iştirak edəcək.
İranlı nazir daha sonra Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak üçün Venesuelaya səfər edəcək./APA/