Məhərrəm İncə də ittifaqdan ayrıldı

Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə də ittifaqdan ayrılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Zəfər Partiyasının rəhbəri Ümid Bozdağ deyib.

“Məhərrəm İncə 24 saat əvvəl ittifaqdan ayrıldığını açıqladı”, – deyə o bildirib.

Qeyd edək ki, Məmləkət Partiyası, Zəfər Partiyası, Demokratik Sol Partiyası, Ədalət Partiyası və Doğru Partiyasının iştirakı ilə seçkiöncəsi ittifaq yaradılması planlaşdırılırdı.