Məhərrəm İncə Türkiyədə prezident seçkilərinin 3-cü namizədi oldu

Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlik üçün lazım olan 100 min imzanı toplayıb.

Yenicag.az xəbər verir görə, bu barədə o, “Twitter“ hesabında paylaşım edib.

Məhərrəm İncə mayın 14-ü Türkiyədə keçiriləcək prezident seçkilərində iştirakı üçün kifayət qədər imza toplayan 3-cü namizəd olub.