Məhərrəm İncə xəstəxanaya yerləşdirildi – AÇIQLAMA / FOTO

Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə İncə sosial media hesabında paylaşım edib.

Şəklini paylaşan İncə: “Bu günü xəstəxanada, siyasətdən kənar bir gündəmlə keçirdim. Haqqımda bəzi şayiələrin çıxarıldığını eşidirəm. Heç biri həqiqətə uyğun deyil”, – deyə yazıb.

Qeyd edək ki, Məhərrəm İncə prezidentliyə namizəd olmuş, seçkilərə iki gün qalmış namizədliyini geri götürmüşdü.