Türkiyədə məhkəmə prosesi zamanı silah səsləri eşidilib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Anadolu Ədliyyə Sarayında baş verib. 3 nəfər məhkəmə zalına daxil olaraq, əyləşənlərə atəş açıb. İlkin məlumata görə, hadisə zamanı iki nəfər yaralanıb.
Polisin dərhal müdaxilə etməsinə baxmayaraq, cinayətkarlar qaçmağa nail olublar.