Məhkəmə bu gün Eldar Mahmudovun tikinti maqnatını azadlığa buraxacaq?

 

maxresdefaultTürkiyə vətəndaşı Mərcan ailəsini və yüzlərlə azərbaycanlını aldadan İlham Qasımov-Sahib İbrahimov ikilisi ilə bağlı redaksiyamıza növbəti şikayət ərizəsi daxil olub. Ərizədə bildirilir ki, hər iki ortaq ayrı-ayrılıqda neqativ fəaliyyətlərindən əl çəkmirlər.

Belə ki, İlham Qasımov qısa müddət ərzində həbsdən azad edilərək, ölkəni tərk etməyə hazırlaşır: “Bir dəfə İlham Qasımov haqqında həbs-qəti imkan tədbiri qəbul edilmişdi və bunu Mərcan ailəsinin Bakıdakı əlaqələri vasitəsi ilə etmək mümkün olmuşdu. Lakin o zaman da naməlum səbəblərdən İlham Qasımov məsuliyyətdən yayınaraq aeroportda təhlükəsizlik və ya polis sistemində olan tanışları vasitəsi ilə ölkəni tərk etmişdi. Ancaq arxayınlaşdığı üçün ölkəyə qayıdan İlham Qasımovun bütün əməllərinin üstü açıldı və onun aldatdığı insanlar birləşərək eyni anda şikayətlərini dövlət rəhbərliyinə çatdırdılar və beləliklə, İ.Qasımovun həbsi mümkün oldu. İllərdən bəri özünün də dediyi kimi “paçka”larla pullar tökdüyü və ya toylarında yüksək miqdarda pullar yazdırdığı və ya da tikdirdiyi binalarda havayı mənzillər verdiyi məmurlar belə ona yardım etməkdən çəkindi.  Bu gün isə Zeynal Ağayevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə maddə ilə ittiham edilən İlham Qasımov mühakimə ediləcək. Bəzi mənbələr İ.Qasımovun bu gün azad ediləcəyini bildirir. Həm Türkiyə iqtidarına yaxın iş adamına 10 milyon dollar “atan”, həm də yüzlərlə vətəndaşımızı aldadan, bir mənzili üç-dörd şəxsə satan İ.Qasımovun həbsdən azad edilməsi ciddi skandal ola bilər”. Lakin bu bina sakinlərini düşündürən yeganə məsələ deyil.

Onları düşündürən məsələlərdən biri budur ki, “o, azadlıqdan məhrum edilərsə, o zaman Sahil-D Kompani MMC-yə məxsus olan binaların aqibəti necə olacaq?! Sahib İbrahimovmu binalara sahiblənəcək?! Yazıq bina sakinləri, görəsən nə günahları varmış ki, onlara belə iki dələduz qismət olmuşdur. Birisi yoxa çıxarkən digərisi peyda olan, sanki öz aralarında razılığa gələn iki ortaq. Bəlkə də gəliblər, kim bilir?! Bəlkə də elə Məzahir Cəfərovun da işini birlikdə bitirib və adını “özünü asma” qoyublar?”

Maraqlı burasındadır ki, İlham Qasımov haqqında həbs qəti imkan tədbiri qəbul edildikdən sonra illərlə Sahil-D Kompani MMC-yə məxsus binalar tərəfə gəlməyən Sahib İbrahimov da İlham Qasımovu məhkəməyə verməyə qərara gəlib və hətta bir dəfə də cürət edərək binalara gedərək orada giley güzar olmuş insanları öz tərəfinə çəkmək niyyətini göstərib. İlham Qasımovun zəif anından istifadə edərək Sahil-D Kompani MMC-yə məxsus 4 binanı ələ keçirmək niyyətini də gizlətməyib. Onun oktyabr ayının 5-də məhkəmə qərarını gözləməsi və İlhamın guya ki, türk investorlarla birgə təyin etmiş olduğu Adil Hüseynovu kənarlaşdıracağını elan etməsi də bu qəbildəndir. Amma yazıq Mərcan ailəsi nə bilsin ki, Sahib İbrahimov bir tərəfdən və İlham Qasımov da digər tərəfdən onları aldadırlar. İlham Qasımov həbs edildikdən sonra Sahib İbrahimov öz tanışları vasitəsi ilə türk investorların yanına dəfələrlə adam göndərib və onları özü tərəfə çəkmək istəyib, amma bir şeyə nail olmayıb. Çünki Mərcan ailəsi Sahib İbrahimovun da necə bir dələduz olmasını yaxşı bilir. Amma İbrahimovun necə bir dələduz olması barəsində bizim Prokurorluq orqanları və Korrupsiya idarəsi də yaxşı məlumatlıdır. Məhz bəlkə də buna görədir ki, İbrahimov ciddi şəkildə prokurorluq orqanlarıyla görüşlərdən yayınır və dəvət olunduqda isə getmir”.

Şikayətçilər bildirirlər ki, İlham Qasımovun fətullahçılarla da əlaqəsi mövcud olmuşdur. Bu əlaqənin kökü yenə də Eldar Mahmudova dayanır. Məmurlara rüşvət verməyin nə olduğunu yaxşı bilən İlham Qasımov əgər hər hansı bir prokurorluq, vergi, polis və digər orqanların məmurlarına 1 və ya 2 ev bağışlamışsa da, Eldar Mahmudovun oğlu Anar Mahmudova böyük bir qeyri-yaşayış obyekti bağışlamışdır. Məsələ burasındadır ki, Eldar Mahmudov və keçmiş MTN-nin onun vəzifəyə gətirdiyi zabitləri hər dəfə Türkiyəyə İstanbula səfər edərkən onları SOCAR-ın o zaman Türkiyə ofisinin rəhbərliyində olan və Türkiyənin “Sabah” qəzeti tərəfindən fətullahçı olmaqda suçlandıqdan sonra İstanbuldan geri çağrılan Samir Kərimov qarşılayırmış. Bəli, bu həmin Samir Kərimovdur ki, o, qeyri-fətulahçı olan bütün Azərbaycanın vətənsevər övladlarını SOCAR-ın Türkiyə ofisindən müxtəlif şər və böhtanlarla kənarlaşdırıb və onların yerlərinə öz abiləri və yetirmələri olan lisey məzunları və ya Elçin İbadov kimi “Samanyolu” kolleci məzununu  gətirib”.

Sakinlər düşünürlər ki, ““Sahil-D Kompani” MMC-yə məxsus 4 binadan İlham Qasımov və onun dəstəsi kənarlaşdırılmayınca, o binalarda insanlar hələ də “qaranlıq”da qalacaqdır. Hələ də artıq üzərindən 10  ilə yaxın ötməsinə baxmayaraq bir sıra müvafiq dövlət strukturları “Sahil-D Kompani” MMC məsələsiylə bağlı susqunluqlarını saxlayırlar və ya bu məsələdə əziyyət çəkən vətəndaşlarımızın problemlərini həll etməkdə qərarsızdırlar”.

Ancaq onlar hesab edirlər ki, yenə də bu günki məhkəmənin qərarından çox şey asılı olacaq: “Ağır Cinayətlərin hakimi Zeynal müəllimin minlərlə insanın taleyi ilə oynamış birisinə nə hökm oxuyacağı çox maraqlıdır. Əlbəttə, İlham Qasımovun barəsində həbs qəti imkan tədbirinin həyata keçirilməsinə nail olan şəxslər böyük ehtimalla özlərinə məxsus olanı ondan alacaqlar. Amma İlham Qasımov azadlığa buraxılarsa, ona şərt kəsilməlidir ki, bütün aldatmış olduğu insanlara təzminat ödəsin. Yox, əgər o azadlıqdan məhrum edilərsə o zaman onun əmlakından Sahil-D Kompani MMC-yə məxsus binalara yarımçıq qalmış investisiya yatırılsın. Hər halda ölkəmizdə keçiriləcək önümüzdəki referendum öncəsi vətəndaşlarımız dövlətimizdən böyük maraqla özlərinə dəstək gözləyirlər, çünki onların yeganə ümidi dövlətimizdir!”

Qeyd edək ki, türkiyəli investorlar da bu prossesi ciddi şəkildə izləməkdədirlər. Onlar hesab edirlər ki, məhkəmə ədalətli qərar verərsə, onların da haqqlarının bərpa olunacağına inamı artacaq.

 

COP29