Məhkəmə “Drakon”la bağlı yeni qərar verdi

Ötən il xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin cəzası azaldılıb.

Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim İlham Cəfərzadənin qərarı ilə Rza Rzayevin cəzası 6 ay azaldılıb. Bu qərarla onun çəkilməmiş 6 ay həbsi qalıb.

Xatırladaq ki, o, “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.

COP29