!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmə ekspertlərinə ixtisas dərəcəsi veriləcək

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Asasmedya.info-nun məlumatına görə, dəyişikliyə əsasən, məhkəmə ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi veriləcək.

Bununla bağlı qanuna 11-2-ci maddə (Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Məhkəmə ekspertlərinin fəaliyyətində bu yeniliklər olacaq:

“Qanuna edilən digər dəyişikliyə əsasən Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq. Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək. Reyestr müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək”.

Qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

www.yenicag.az

1355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv