Məhkəmə erməni rejissoru qiyabi HƏBS ETDİ – FOTO

Karikaturaçı rejissor, animator, ssenarist Pavel Muntyan Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda ittiham olunur.

Yenicag.az xəbər verir ki, müvafiq məlumat fevralın 26-da Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi portalında dərc olunub.

Bildirilir ki, Xoroşevski məhkəməsi “Cənab” serialının yaradıcısı ” Pavel Muntyanı qiyabi həbs edib.

Məhkəmə ittiham tərəfinin həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətini təmin edib.

Daxili İşlər Nazirliyi dekabrda onu axtarışa verib. Dekabrın 19-da Muntyana qarşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, Rusiya xüsusi əməliyyatı başlayandan Muntyan Ukraynanı dəstəkləyib. Hazırda o, Rusiya Federasiyasından kənardadır.

Xuraman Etibarlı