Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində baxılan təqdimat təmin edilib.
Qərara əsasən, Fatimə Mövlamlı barəsində 1 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, F.Mövlamlı ötən gün “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.