Məhkəmə “Oxumusan, amma adam olmamısan” sözlərini təhqir saymadı – İLGİNC

Türkiyə Cümhuriyyəti Ali Məhkəməsi “Oxumusan, amma adam olmamısan” fikirlərini təhqir hesab etməyib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Nevşehir bölgəsində bir nəfərin mübahisə etdiyi şəxsə, “Oxumusan, amma adam olmamısan”, – deməsindən sonra məsələ məhkəməyə daşınıb.

Nevşehir Cəza Məhkəməsi bu ifadəni təhqir hesab edərək həmin şəxsi məsuliyyətə cəlb edib. Lakin qərardan apelyasiya şikayəti veirlib və Ali Məhkəmə yerli məhkəmənin qərarını ləğv edib.

Ali Məhkəmənin qərarında bu sözlərin təhqir yox, tənqid olduğu qeyd edilib və şəxslərə qarşı bütün ağır tənqidlərin və ya narahatedici sözün təhqir kimi başa düşülməməli olduğu vurğulanıb.

Qeyd edilib ki, “Oxumusan, amma adam olmamısan” sözləri şəsiyyəti alçaldıcı ifadə deyil və bu sözlər yalnız qaba, nəzakətsiz davranış kimi dəyərləndirilə bilər.