Ermənistanın eks-prezidenti Serj Sarkisyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Yenicag.az xəbər verir ki, o, dövlət büdcəsindən təxminən yarım milyard dramın mənimsənilməsini təşkil etməkdə ittiham olunur.
S. Sarkisyan, habelə iş üzrə digər təqsirləndirilən şəxslər – “Flash” şirkətinin sahibi Barseq Beqlaryan və Kənd Təsərrüfatı Nazirliyinin keçmiş şöbə rəisi Gevorq Arutyunyan da ittihamı qəbul etməyiblər.