Məhkəmə qazini aclığa məhkum etdi – Ürəyi partlayıb öldü – FOTO

Polkovnik-leytenant Şahmurad Museyib oğlu vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu məlumat verib.

Rəy Kərimoğlu bildirib ki, Şahmurad Museyibin Sumqayıtda məhkəmə binasında ürəktutmadan rəhmətə getdiyini qeyd edib:

“Qazi Şahmurad Museyib oğlu Məmmədov Sumqayıtda Məhkəmə ədalətsizliyinə etiraz edərkən ürəyi partlayıb! Dünyasını dəyişib! Hadisə Sumqayıtda məkəmə qərarlarının icrası binasında baş verib! Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş. Kartı da bloklanıb”, – deyə qərar verib.

Allah rəhmət eləsin!