Afət Fərmanqızı Flora Kərimovanı məhkəməyə verdi – Qərar açıqlandı

Nəsimi Rayon Məhkəməsində xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmə prosesi keçirilib.

Yenicag.az xəbər verir ki, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Məhkəmə müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri əsassız hesab edərək icraata qəbul etməyib.

Xatırladaq ki, hər iki şikayət ərizəsində Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilmişdi.