!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehman Əhmədlidən Samirəyə: “Meyxananın hesabına tanındın, pul qazandın, indi...” - QARŞIDURMA

!Reklam – Yazi

Tanınmış müğənni Samirə Yusifqızının ötən həftə Yenicag.az-a açıqlamasında meyxana barədə söylədiyi fikirlər bu cameədə birmənalı qarşılanmayıb.

“Çalışıram meyxananın dalınca çox qaçmayım, çünki ali təhsilli müğənniyəm. Elə bilirəm, belə olan halda oxuduğum illəri yelə verirəm, təhsil aldığım Konservatoriyaya xəyanət edirəm. Oxuduğum mahnıların çoxu Qızıl fondda saxlanılır, amma o meyxanalar Qızıl Fondda qalmayacaq”, – deyən Samirə meyxanaçıların qınağına tuş gəlib.

Saytımıza açıqlama verən tanınmış meyxanaçı Mehman Əhmədli Samirə Yusifqızının elə meyxana ilə tanındığını və meyxananın hesabına pul və ad-san qazandığını bildirib:

“Samirə xanım deyir ki, meyxanadan uzaqlaşıram, çünki meyxana Qızıl fondda qalmayacaq. Amma unutmasın ki, neçə illər idi, müğənnilik edirdi, “toylar kraliçası” adını almışdı, heç Samirəni yolda-irizdə, orada-burada tanıyan yox idi. Yəni çox az adam tanıyırdı və məşhur deyildi. Qızıl fondda qalan mahnıları ilə onu heç kim tanımırdı. Amma meyxana dedi və bu gün ona müğənni Samirə deyən yoxdur, meyxanaçı Samirə kimi tanınır. Soruşanda deyirlər, hansı Samirə, cavab verirlər ki, meyxanaçı Samirə. Meyxana elə-belə sənət olsaydı, ona məşhurluq gətirməzdi. Nəinki Samirə və neçə-neçə müğənnilərə, şairlərə də meyxana məşhurluq gətirib. Gənc müğənnilərin əksəriyyəti elə meyxanaçılarla duet oxuyandan sonra məşhur olublar. İnsanlar var ki, oturub bir meyxana yarışmasında meyxanaya qiymət verib, ondan sonra tanınıb. Hansı ki, neçə ilin aktyoru, şairi idi, heç kim tanımırdı onu. Meyxana elə-belə sənət deyil. Samirə nə qazanıbsa, meyxananın hesabına qazanıb. Ad-sanı da, pulu da. Qaldı ki, meyxananın Qızıl fonda qalmamasına, ustad meyxanaçılarımızın, eləcə də Vüqar Əbilov, Namiq Qaraçuxurlu, həmçinin mənim də meyxanam Qızıl Fonddadır. O, elə axıra qədər meyxanaçı Samirə olaraq tanınacaq”.

Mehman Əhmədli Samirənin, “Çalışıram, meyxananın dalınca çox qaçmayım, çünki ali təhsilli müğənniyəm. Elə bilirəm, belə olan halda oxuduğum illəri yelə verirəm, təhsil aldığım Konservatoriyaya xəyanət edirəm”, – fikirinə də münasibət bildirib:

“Konservatoriyaya xəyanət gülünc səslənir. Belə idisə, neçə illər niyə xəyanət edirdin Konservatoriyaya? Samirə istedadlı bir xanımdır, mən onun istedadını alqışlayıram. Xanım olasan, belə meyxanalar deyə biləsən. Onun istedadı yüksəkdir. Bir yerdə verilişlərdə meyxanalar da demişik, qafiyəni o dəqiqə tutub. Amma indi meyxana barədə belə sözlər deməsi heç xoşuma gəlmədi. Meyxanalardan niyə qaçır Samirə xanım? O yeganə meyxana deyən qadın olaraq Qızıl Fondda daha çox qala bilər”.

Cəvahir

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv