Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Mehman Əliyevin prezidentliyə namizədlik ehtimalı ağlabatan deyil” – Keçmiş baş nazir  

Reklam: Sinerji Pro

Sabiq baş nazir Pənah Hüseyn “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsində siyasi motivlərin olduğuna şübhə ilə yanaşır.

Yenicag.az xəbər verir ki, qanunsuz sahibkarlıq və vergidən yayınmaq ittihamı ilə barəsində həbs-qətimkan tədbiri seçilən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinin mümkün səbəbləri barəsində müxtəlif versiyalar səsləndirilir.

Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin deputatı Qüdrət Həsənquliyev bildirib ki, ictimai rəydə Mehman Əliyevin 2018-ci il prezident seçkilərində Milli Şuranın namizədi olacağı ehtimalı səbəbindən həbs olunduğu haqda fikirlər var:

“Digər fikir isə ondan ibarətdir ki, Mehman Əliyev tezliklə azad ediləcək və növbəti seçkilərdə həmin düşərgənin vahid namizədi olacaq. Mehman Əliyevin həbsinin onun jurnalist fəaliyyəti, yaxud vergidən yayınma faktına görə olduğuna inananlar azdır.

Mehman bəyin siyasi fəaliyyətində gizli danışıqlara və riskli addımlar atmağa meyilli olması onun həbsini istəyənlərə imkan yaradıb ki, siyasi rəhbərliyi nəyəsə inandırsınlar. Mətbuat Şurasının Mehman Əliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə çağırışına əhəmiyyət verilməməsi də bununla bağlıdır”.

Bu barədə Yenicag.az-a açıqlama verən Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseyn isə Mehman Əliyevin həbsinin prezident seçkiləri ilə əlaqələndirilməsi ehtimalını ağlabatan hesab etməyib:

“Öncə bir məqama toxunmaq istərdim ki, ölkədə hər hansı fəallıq olmadığı halda, bir sıra media orqanları Azərbaycanda normal seçki mühitinin mövcudluğu görüntüsünü yaratmağa çalışırlar.

Ancaq təəssüf ki, reallıqda nə cəmiyyətin aktivliyindən, nə də seçki mühitinin mövcudluğundan danışmaq üçün əsas yoxdur. Seçki mühiti süni kampaniya ilə yox, təbii proseslərlə formalaşır.

Ümumiyyətlə, 2015-ci ildə keçirilmiş parlament seçkilərindən sonra daha əvvəllər müşahidə olunan demokratiya imitasiyasının da aradan qalxdığı görünür. Belə bir şəraitdə hansı seçki mühitindən danışmaq olar?

Mehman Əliyevə gəldikdə isə, məndə onun 2018-ci ildə Milli Şuranın, yaxud da hansısa başqa bir müxalifətçi mərkəzin vahid namizədi olacağı haqda məlumat yoxdur. Bunu şablon kimi demirəm.

Hər halda, Mehman Əliyevin prezidentliyə namizəd olacağına və hakimiyyət üçün belə deyək, siyasi təhlükəyə çevriləcəyinə dair ehtimal ağlabatan deyil. Yuxarıda qeyd etdiyim seçki mühitinin olmaması amili bu yanaşmanı qüvvətləndirir”.

A. Zeynalov

www.yenicag.az

1323
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM