!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehmət Aydın Türkiyəyə gətirildi - Məşhur dələduz niyə indi təslim oldu?    

!Reklam – Yazi

Türkiyədə “Çiftlik Bank” sistemi yaradaraq insanların külli miqdarda pullarını mənimsəyən Mehmet Aydın Braziliyadan Türkiyəyə gətirilib.

Yenicag.az xəbər verir ki, dələduzun olduğu təyyarə İstanbul Hava Limanına eniş edib.

M.Aydın dərhal Maliyyə Cinayətləri Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Aydın müvafiq hüquqi prosedurlardan sonra İstanbul Əmniyyət Təşkilatına təhvil veriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl məşhur dələduz Braziliyada könüllü şəkildə təslim olmaq qərarına gəlib. Və bu qərar “niyə indi?” sualına səbəb olub.

“Hürriyyət” qəzetinin yazarı Musa Kesler M.Aydının bu qərarının arxasında üç ehtimalın olduğu bildirilib:

“Birinci ehtimal: Pulları bitib. Həm gizlənmək, həm də alışdığı lüks həyatı davam etdirmək üçün çox pul xərcləməli oldu və bir müddət sonra bu yükü daşıya bilmədi.

İkinci ehtimal: Qaçaqkən yardım aldığı mafiya qruplarının basqısı onu “boğub”. Aydın yaxalanmamaq üçün mafiyaya bənzər qruplardan dəstək alırdı. Bu qruplar bir tərəfdən onun gizlənməsinə kömək edərkən, digər tərəfdən də onu təqib edəcək mafiya qruplarından qoruyurdular.

Üçüncü ehtimal: Bitkoin investisiyasından qazandıqları ilə zərərçəkmişlərin pulunu ödəyə bilər. 18 mart 2018-ci ildə xaricə gedəndə bir bitkoin 6000 dollar idi. Aydın milyonlarla dolları xaricə qaçırıb bitkoinə yatırım edibsə, indi əlində qaçırdığı puldan dəfələrlə çoxu var”, – deyə yazar bildirib.

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv