Mehriban Əliyeva adından Həlimə Əliyevanın ailəsinə başsağlığı

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Yenicag.az-ın xəbərinə görə, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb./Report/