!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mehriban Əliyeva bir çoxları üçün nümunədir”

!Reklam – Yazi

1Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Rusiya Qadınlar İttifaqının sədri Yekaterina Laxova qeyd edir ki, Azərbaycanda hətta parlament seçkiləri ərəfəsində yüksək sabitlik qorunur.

Trend-in məlumatına görə, Y.Laxova “Moskva-Bakı” portalına deyib ki, ölkədə tam sakitçilikdir: “Əgər sakitçilik olmasaydı, hamı dərhal bu barədə danışardı”.

Senator Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevaya böyük hörmət və ehtiramla yanaşdığını bildirib: “Bilirəm ki, Mehriban xanım xeyriyyəçilik, qadın hərəkatının inkişafı, eyni zamanda ailə və uşaqları ilə çox məşğul olur”.

Y.Laxova qeyd edib ki, Mehriban Əliyeva bir çoxları üçün nümunədir.

O xatırladıb ki, oktyabrın ortalarında Peterburqda Bakıdan nümayəndə heyətinin də iştirak etdiyi Avrasiya Qadın Forumu keçirilib: “Azərbaycan nümayəndə heyəti Avrasiya Qadın Forumunda çox fəal işlədi. Respublika Prezidentinin siyasəti çox gözəl təqdim olundu. Fəaliyyəti haqqında, məsələn, sosial məsələlərin necə həll edilməsi barədə çox maraqlı misallar çəkildi. Buna görə də yaxından tanış olmaq arzusu yarandı”.

Senator, həmçinin Azərbaycanda qarşıdakı parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına əmin olduğunu ifadə edib.

Yenicag.az

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv