Mehriban Əliyeva bürünc medal qazanan Raman Saleyi təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paraüzgüçü Raman Saleyin Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması münasibətilə paylaşım edib.

Yenicag.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi “Instagram” hesabındakı paylaşımında deyilir:

“Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”

COP29