Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə işğaldan azad edilən Cəbrayıl və Zəngilan rayonuna səfəri ilə bağlı görüntülər paylaşıb.
Yenicag.az xəbər verir ki, Mehriban Əliyeva yazıb:
“Əziz həmvətənlər,
İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.