Mehriban Əliyeva Cıdır düzündən əsgər və zabitlərilə FOTOlar paylaşdı

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Cıdır düzündə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə fotolar paylaşıb.

Yenicag.az-ın məlumatına görə, paylaşımda deyilir:

“08.11.2021. Ömrümün ən xoşbəxt günlərindən biri! Cıdır düzündə Qələbə bayramının ilk ildönümündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri ilə! Çox sağ olun! Uca Tanrı sizləri qorusun!”