Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Mehriban Əliyeva çox böyük işlər görüb" - İlham Əliyev 

“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Ölkə başçısı bildirib ki, Mehriban Əliyeva YAP sədrinin müavinidir: “Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri 700 minə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məslicinin deputatıdır. Deputat kimi çox böyük işlər görüb. Təmdil etdiyi dairənin sosial-iqtisadi problemlərinini həlli işində çox böyük addımlar atıb, seçicilərlə daim təmasdadır və onun depuatat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır”.

Dövlət başçısı əlavə edib ki, millət vəkili kimi Mehriban xanım Əliyevanın çox geniş beynəlxalq fəaliyyəti var: “Bu fəaliyyət nəticəsində qazandığımız dostların sayı artıb. 2004-ci ildən Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, hesab edirəm ki, regionun nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox layihələrə və proqramlara strat verilib. Bunların arasında xüsusən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı qeyd edilməldir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. Digər layihələr də ölkəmizin hərtərəfli inkişafına xidmət göstərib”.

İlham Əliyev bildirib ki, Heydər Əliyev Fondunun xətti ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib: “Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti ehtiyacı olan insanlara yardım göstərmək və imkan daxilində az müdafiə olunan vətəndaşlara dəstəyini göstərmək məqsədini güdür. Heydər Əliyev fonunun mədəniyyət və incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsizimizin qorunması işində əvəzolunmaz rol oynayıb”.

Yeniçağ.az

www.yenicag.az

325