!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehriban Əliyeva dünya çempionu ünvanını qazanan şahmatçımızı təbrik etdi - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi “Instagram” hesabında dünya çempionu adını qazanmış Aydın Süleymanlını təbrik edib.

Yenicag.az təbrik mətnini təqdim edir:

“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər.

Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”

www.yenicag.az

2070
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv