!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Əliyeva Həmid Heydərini təbrik etdi

!Reklam – Yazi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan para-atletimiz Həmid Heydərini təbrik edib.

Yenicag.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

“Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzulayıram!” – deyə Mehriban Əliyeva qeyd edib.

Xatırladaq ki, idmançımız nizə atma növü üzrə yarışda 1-ci yeri tutub. 51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.

www.yenicag.az

999
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv