Mehriban Əliyeva Konyada Mövlanə Muzeyini ziyarət etdi – VİDEO

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində bu ölkəyə səfər edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Mövlanə Muzeyini ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Mehriban Əliyeva və Leyla Əliyevaya muzey haqqında geniş məlumat verilib.

Daha sonra onlar Mövlanə Cəlaləddin Ruminin tabutu önündə dua ediblər.

Həmin görüntüləri təqdim edirik: