Mehriban Əliyeva medal qazanan idmançılarımızı təbrik etdi – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında bu gün Yay Paralimpiya oyunlarında medal qazanan idmançıları təbrik edib.

Yenicag.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Bu günədək olan nəticələrə əsasən Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”.