!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehriban Əliyeva: "Mənə inanan insanların etimadını doğrultmağı bacaracağam"

!Reklam – Yazi

“Hörmətli cənab Prezident mənə göstərdiyiniz yüksək etimada görə, sizə dərin minnətdarlığımı bildirirəm. Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, sizin, cənab prezident və mənə inanan insanların etimadını doğrultmağı bacaracağam”.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

“Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm, belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər nailiyyətin arxasında sizin köməyiniz, sizin dəstəyiniz durur. Keçmiş illər ərzində sizin dövlətçilik idealarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradəylə, cəsarətlə qorumağınız, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanların fəaliyyətini istiqamətləndirən nümunədir. Mən əminəm ki, vəzifəsindən asılı olmayaraq insan öz yolunu və peşəsini seçəndə peşəsinə və əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, ona nail olmağa çalışmalıdır, söz və işlərində nümunə olmalıdır. Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman bu 13 il ərzində ayrı-ayrı insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir”.

Mehriban Əliyeva qeyd edib ki, gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır, əksinə, məhz bu mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə etmək olar, ən böyük zirvələrə qalxmaq olar:

“Hörmətli cənab Prezident, hörmətli Təhlükəsizlik Şurasının üzvləri, sizi əmin edirəm ki, mən öz gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam, ölkəmizin və xalqımızın maraqlarını hər bir şeydən üstün tutacağam, Azərbaycana layiqli xidmət etməyə çalışacağam. Bir daha göstərdiyiniz etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Yeniçağ.az

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv