Mehriban Əliyeva növbəti səfərlə bağlı paylaşım etdi – VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Qarabağa növbəti səfər ediblər.

Yenicag.az-ın məlumatına görə, birinci xanım  Mehriban Əliyeva öz İnstaqram hesabında səfərlə bağlı görüntülər paylaşıb. Paylaşımda deyilir:

“Yolumuz Zəngilanadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Qeyd edək ki, görüntülərdən Prezident və birinci xanımının Zəngilana “Radio Space 104 FM”-in musiqi sədaları altında üz tutduğu bəlli olur.