Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə çempion olan parataekvondoçu İmaməddin Xəlilovla gümüş medal qazanan Türkiyə təmsilçisi Fatih Çeliki təbrik edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Mehriban Əliyeva sosial şəbəkədə paylaşım edib.
“Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!” – deyə Birinci vitse-prezidenti qeyd edib.