Mehriban Əliyeva: “Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!” – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rəsmi “Instagram” hesabında paylaşım edib. 

Yenicag.az xəbər verir ki, paylaşımda deyilir:

“Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!”