Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mehriban Əliyeva YUNESKO-nun baş direktoru ilə görüşüb

Söhbət zamanı YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlığın qurulduğu, birgə uğurlu layihələrin reallaşdırıldığı vurğulanıb.

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində YUNESKO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Mehriban Əliyeva İrina Bokovanın Forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib.

Söhbət zamanı YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlığın qurulduğu, uğurlu birgə layihələrin reallaşdırıldığı vurğulanıb, ölkəmizin təşkilatla əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Yeniçağ.az

www.yenicag.az

370