Mehriban Əliyeva veteranları təbrik etdi

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Qələbə Günü münasibətilə təbrik mesajı yayımlayıb.

Yenicag.az xəbər verir ki, Mehriban Əliyeva sosial media hesabından paylaşdığı təbrikdə veteranlara sağlıq arzularını çatdırıb:

“Əziz veteranlar!
Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə – sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”