Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mehriban Əliyeva yaralı zabitin müalicəsini üzərinə götürdü

Xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvinin müalicəsi ilə bağlı yeni xəbər var.

Yenicag.az xəbər verir ki, bu barədə ehtiyatda olan zabitin özü məlumat verib. Kamil Musəvinin sözlərinə görə, səhhətində yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib.

“Bir müddət idi ki, ayağımda və başımda ciddi ağrılar başlamışdı. Ciddi müayinəyə və müalicəyə ehtiyacım yaranmışdı. Mehriban xanıma müraciət etdik. Dərhal da müsbət cavab aldıq. Artıq Mehriban xanım Əliyevanın tapşırığı ilə müayinə olunmaq üçün Bakıya dəvət olunmuşam. Bizə dedilər ki, ailəmlə qalmaq üçün bizə şəhərdə mənzil də veriləcək. Yaxın zamanda bizim görüşümüz olmalıdır”, deyə Kamil Musəvi bildirib.

Ehtiyatda olan yaralı zabit göstərilən diqqətə görə həm birinci vitse-prezident Mehriban Əliyevaya və sadə vətəndaşlara öz minnətdarlığını bildirib.

Xatırladaq ki, Kamil Musəvi 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirib. Yaralı zabit evlidir. İki övladı var.

www.yenicag.az

1580
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100