Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəfər Günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda qeyd olunub:

“08.11.2022. Zəfər Gününüz mübarək! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!”