Mehriban Əliyevadan Bayraq Günü təbriki

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Dövlət Bayrağı Günü münasibətilə paylaşım edilib.

Yenicag.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!”

https://www.instagram.com/p/CHXUjIagV97/