Mehriban Əliyevadan Ərdoğanın səfəri ilə bağlı PAYLAŞIM – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “Instagram” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda deyilir:

“Zəngilan rayonunun Ağalı kəndində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub”.

Birinci vitse-prezident həmçinin Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaları ilə bağlı paylaşım edib.