Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram” hesabında musiqi günü ilə bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, paylaşımda qeyd edilib ki, 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olub:
“Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlmişdir. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik”.