Mehriban Əliyevadan Şuşa səfəri ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında Prezident İlham Əliyevlə birlikdə Şuşa şəhərinə səfərlə bağlı paylaşımlar edib.

Yenicag.az xəbər verir ki, Birinci vitse-prezident yazıb:

“Yolumuz Şuşayadır! Ey, doğma Vətən!” qeydini əlavə edib.

Birinci vitse-prezidentin digər paylaşımında isə bu sözlər yer alıb:

“Yolun hər zaman açıq və işıqlı olsun, doğma Azərbaycan!”.