Mehriban Əliyevandan Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım – FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib.

Yenicag.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:

“Balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!”