Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Mehriban Əliyevanın Rusiyaya səfəri inkişaf üçün yeni imkanlar pəncərəsi açacaq”

Reklam: High Technic

“Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri bundan sonrakı inkişaf üçün yeni imkanlar pəncərəsi açacaq”.

Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskva səfərinə münasibət bildirən deputat Elman Nəsirov Yenicag.az-a açıqlamasında qeyd edib.

Deputatın sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. Buna görə də hər iki ölkənin fundamental məsələlərdə ortaq mövqedən çıxış etməsi adi haldır:

“Azərbaycan-Rusiya münasibətləri geniş spektr üzərində qurulub. Belə ki, bu münasibət siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlıq çərçivəsində əhatə olunub. Bununla yanaşı, Azərbaycan və Rusiya prezidentləri arasında sıx təmaslar mövcuddur.

Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyanın Baş naziri Dmitri Medvedev ilə görüşü çərçivəsində əlaqələr geniş spektr üzrə müzakirə olundu və keçmiş əlaqələrdən əldə olunan nailiyyətlərə qiymət verildi. Eyni zamanda münasibətin gələcək inkişafı məsələsinə toxundu. Xüsusən də əlaqələrin humanitar sahəsinin inkişafına dair Birinci vitse-prezident Mehriban Əliyevanın addımları yüksək qiymətləndirildi və bu istiqamət üzrə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinə toxunuldu.

Ümumilikdə bu səfər çərçivəsində regionlararası əməkdaşlıq məsələsi diqqət mərkəzindədir. Bu addım hər iki dövlətin maraqlarına tamamilə uyğundur”.

Gülşən Şərif

www.yenicag.az

543
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM