Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Mehriban-Kərim DAVASI yenidən QIZIŞDI: "Nəslimi biabır edən adamı..." - QALMAQAL

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasında səngiyən qalmaqal yenidən qızışıb. Aktrisa qarşı tərəfə səslənərək od püskürüb.

Yeniçağ.az-a açıqlama verən M. Xanlarova səbrinin həddi olduğunu bildirib:

“Mən hələ susuram, amma bu, o demək deyil ki, hər şeyi unutmuşam. Sadəcə, gözləyirəm. O adam mənim nəslimi, atamı təhqir edib. Deyib ki, Mehriban getsin soyadından utansın… Soyadımdan niyə utanmalıyam ki? Mənim atam əsl kişi olub, onunla həmişə fəxr etmişəm. Heç vaxt da heç kimə ixtiyar vermərəm ki, nəslimi və atamı biabır etsin. O adam məni təhqir edib və buna görə də məndən üzr istəyəcək. Özü də elə-belə dilucu üzrxahlığı nəzərdə tutmuram ha! Əməlli-başlı, sosail şəbəkədə, ya da lap sizin sayt vasitəsilə üzr istəsin”.

Aktrisa üzr istəyəcəyi təqdirdə Kərimi bağışlayacaqmı?

Barışığın mümkünsüzlüyünü deyən M. Xanlarova belə bir insanla münasibətini davam etdirməyəcəyini bildirib:

“Məni biabır edən adamla ünsiyyəti necə davam etdirə bilərəm? Vaxtilə Kərimlə normal münasibətlərimiz olub, amma bundan belə mümkün deyil. Üzr istəsin, əks halda, yenidən onunla məhkəmədə görüşəcəm”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

Loading...

www.yenicag.az

578
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100