Mehriban Xanlarova: “Layiq olduğu dəyər ədalətli şəkildə verilməlidir”

“Gec olmadan layiq olduğu dəyəri görməlidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri 32 kvadratmetrlik şəraitsiz evdə yaşayan və zəhmətinin qarşılığını istəyən Əməkdar artist Firuzə İbadovaya dəstək olan Mehriban Xanlarova səsləndirib.

Aktrisa bir çox sənətkarların bu dünyadan zəhmətinin dəyəri verilmədən köçdüklərini təəssüf hissi ilə bildirib:

“Sənətkarlara sağkən layiq olduqları dəyər ədalətli şəkildə verilməlidir. Çünki daha sonra gec olur. Ömrünün yarısını Azərbaycan mədəniyyətinə həsr etmiş Məhəbbət Kazımov, Baloğlan Əşrəfov və Zöhrə Abullayeva kimi sənətkarların Əməkdar artist fəxri adı ilə dünyalarını dəyişməsi bir çox insanları məyus etmişdi. Firuzə İbadova da ömrünün yarısını Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Gec olmadan layiq olduğu dəyəri görməlidir. İnanıram ki, tez bir zamanda Firuzə xanımın sosial durumunun yaxşılaşdırılması üçün və sənət fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən diqqət və qayğı göstəriləcək”.

Cəvahir