“Heç kimin hekayəsinə gülməyin. Çünki yol uzundur və hələ sizinki bitməyib”.
Yenicag.az xəbər verir ki, Əməkdar artist, tanınmış aktisa Mehriban Xanlarova başqalarını ittiham edən, onları lağa qoyan insanlara səslənərək belə deyib.
Aktrisa dəyərsiz insanlara verilən dəyəri dəyərli insanlara qarşı haqsızlıq kimi qiymətləndirib:
“Heç kimə çirkli ayaqqabıları ilə beyninizdə gəzişməyə imkan verməyin. Silin bəzi insanları həyatınızdan, ən əsası da, beyninizdən, düşüncələrinizdən. Onların yerinə özəl insanları qoyun, düşünün. Dəyərsiz insanlara dəyər vermək dəyərli insanlara haqsızlıqdır. Haqsızlıq etməyin, nə özünüzə, nə də digər gözəl insanlara”.
Nehru