Xalq artisti Mehriban Zəki maraqlı kolleksiya topladığını açıqlayıb.
Yenicag.az xəbər verir ki, aktrisa “Balaca Şahzadə” kitablarının kolleksiyasını yığdığını deyib. O bildirib ki, kolleksiyasında 50-yə qədər kitab var:
“Çoxları bilir ki, mən “Balaca Şahzadə” kitablarını müxtəlif dillərdə kolleksiya edirəm. Artıq 50 kitabımın arasında eksklüziv kolleksiya nəşrindən olan bu nüsxənin mənim ürəyimdə xüsusi yeri var. Çünki onu sevimli aktyorum Entoni Hopkins mənim üçün xüsusi imzalayıb”.