!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məhşur cütlük nişanlandı - FOTO

!Reklam – Yazi

Türkiyənin məşhur cütlüyü Demet Özdəmir və Oğuzhan Koç nişanlanıb.

Yenicag.az xəbər verir ki, müğənni Oğuzhan Koç uzun müddətdir sevgili olduğu aktrisa Demet Özdəmirlə evlilik yolunda ilk addımını atıb.

Oğuzhan Koç ailəsi ilə birlikdə Demet Özdəmirin ailəsindən qızı istəyib. Ailələrin və yaxın dostların qatıldığı mərasimdə nişan üzükləri taxılıb.

Aktrisa günlərlə hazırlaşdığı mərasimdə bir neçə dəfə paltarını dəyişib. Özdəmir qız istəyəndə ilk olaraq ağ atlaz paltara üstünlük verib.

Nişanda iştirak edən şoumen Esər Yenənlər və həyat yoldaşı Bərfu Yenənlər cütlüyü Özdəmir və Koçla çəkdirdikləri fotonu “Çox xoşbəxt olun” qeydi ilə paylaşıb. Müğənninin dostu İbrahim Büyükak isə həyat yoldaşı və cütlüklə çəkdirdiyi şəkli “Xoşbəxtlik” qeydi ilə izləyiclərilə bölüşüb.

Mərasimdən fotoları təqdim edirik:

 

 

 

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv