Bakıda məhşur istirahət mərkəzində yanğın – VİDEO

Bakıdakı məhşur istirahət mərkəzlərindən birində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Yasamal rayonu, Zahid Xəlilov küçəsi 137 ünvanında yerləşən “LAKE” istirahət mərkəzində qeydə alınıb. Yanğın istirahət mərkəzinin havalandırma sistemində başlayıb. Əraziyə Yasamal rayon yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Hadisə yerinə iki yanğınsöndürən maşın gəlib. Alovun qarşısı qısa zamanda alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırlır.