Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Məişət tullantıları yanğına səbəb oldu

Yenicag.az Report-a istinadən xəbər verir ki, yanğın hadisəsi Zərifə Əliyeva küçəsində, 2-ci mikrorayon ərazisindəki bir neçə yanaşı binanın həyətində baş verib.

Sakinlərin bildirdiyinə görə, həyətdə qarajların yerləşdiyi meydançanın arxa tərəfini baxımsızlıqdan kol-kos basıb. Valideynlər belə bir şəraitdə ilanların yuva sala biləcəyindən narahat olublar və bu səbəbdən Mənzil İstismar İdarəsinə təmizlik işləri üçün müraciət ediblər. Nəticədə 80 kvadratmetr ərazi təmizlənib və məişət tullantıları ilə bərabər bir yerə qalaqlanıb. Yanğın da kiminsə həmin qırıntıları yandırması ilə başlayıb. Əvvəlcə yanğına ciddi yanaşılmasa da, sonradan 10-a yaxın avtomobil qarajının bir-iki metrliyinə çatanda narahat olmağa başlayıblar. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər ərazidə xidmət aparan Lənkəran rayon Polis şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları qonşuların köməkliyi ilə yanğının miqyasını kiçildə bilib.

Yanğının avtomobil qarajlarına keçməsinin qarşısı Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin köməyi ilə mümkün olub.

www.yenicag.az

19572
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM