Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Məişət zorakılığı media müstəvisində” mövzusunda təlimin bağlanış mərasimi keçirildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsinin dəstəyi ilə jurnalistlər üçün “Məişət zorakılığı media müstəvisində” mövzusunda keçirilən 4 günlük təlim başa çatıb.

Yenicag.az xəbər verir ki, Bakı Dövlət Universitetində təşkil olunan təlimdə Dövlət Komitəsinin əməkdaşları, ölkənin bir sıra media subyektlərini təmsil edən jurnalistlər, həmçinin Universitetin jurnalistika fakültəsinin tələbələri olmaqla 60 nəfər iştirak edib.

Təlimlərin təşkilində məqsəd məişət zorakılığının mediada düzgün şəkildə işıqlandırılması, zorakılığa məruz qalmış şəxslərin məxfiliyinin qorunması və zorakılıq qurbanlarından müsahibənin alınması yolları və ictimaiyyətə dəstək mexanizmləri barədə lazımi məlumatların çatdırılması sahəsində beynəlxalq təcrübənin paylaşılması olmuşdur.

Qeyd edək ki, 19-22 oktyabr 2021-ci il tarixlərini əhatə edən təlimlər avstriyalı ekspertlər Manuela Hargassner-Delpos və Thomas Hainlen tərəfindən keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

www.yenicag.az

204
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100