Məkkədə güclü yanğın baş verib

dssfsf8Məkkədə yerləşən mehmanxanalardan birində güclü yanğın baş verib.

Yanğın 11 mərtəbəli binanın səkkizinci mərtəbəsində başlayıb.

Həcc zamanı məsuliyyət daşıyan Səudiyyə Ərəbistanı Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi Əl-Harisi mehmanxanadan 1028 zəvvarın təcili evakuasiya edildiyini bildirib. Onların əksəriyyətinin Asiya ölkələrindən gələn zəvvarların olduğu deyilir(publika).